AZ

"Böyük Britaniya Qəzza bölgəsinə qoşun göndərə bilər" - "The Guardian"

"Britaniya Silahlı Qüvvələri amerikalıların humanitar yardımın çatdırılması üçün inşa etdiyi dəniz körpüsü rayonunda yerləşdiriləcək..."
 
"Amerika əsgərinin Qəzza bölgəsi sahillərinə ayaq basmayacağını vəd edən Baydenin bəyanatından sonra kimsə məsuliyyəti öz üzərinə götürməlidir..."
 
Böyük Britaniya Müdafiə Nazirliyi humanitar yardım daşıyan yük maşınlarının müşahidə edilməsi üçün Qəzza bölgəsinə hərbi qulluqçuların göndərilməsinin mümkünlüyünü nəzərdən keçirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Britaniya Müdafiə Nazirliyindəki mənbəyə istinadən yazıb.
 
Körpünün inşasına ABŞ kuratorluq edir, bu tikinti gələn ayın əvvəlində Aralıq dənizinin şərq hissəsində başa çatmalıdır, bundan sonra o, Qəzza sahillərinə köçürüləcək. Lakin ABŞ prezidenti Co Bayden "Amerika əsgərinin bölgə sahilinə ayaq basmayacağını" vəd edib.
 
"Bu o deməkdir ki, siyasi mübahisələrə səbəb olan humanitar yardımın ən mürəkkəb mərhələlərindən birinə görə məsuliyyəti öz üzərinə götürən kimsənin olması zəruridir", - qəzet yazıb.
 
Mənbənin sözlərinə görə, Britaniya Müdafiə Nazirliyində Böyük Britaniyanın bu rolu öz üzərinə götürməsinin "mümkünlüyü nəzərdən keçirilir", hərçənd, "bu, az ehtimal ediləndir".
 
"Bu məsələ hələ həll edilməyib, heç ovqat da belə deyil", - mənbə deyib.
Onun sözlərinə görə, bu təklif baş nazir Rişi Sunaka göndərilib. O, bu məsələ barəsində öz mövqeyini hələ səsləndirməyib.
 
Belə qərar verilərsə, Britaniya Silahlı Qüvvələri amerikalıların humanitar yardımın çatdırılması üçün inşa etdiyi dəniz körpüsü rayonunda yerləşdiriləcək.
 
Bundan öncə xəbər verildiyi kimi, humanitar yardım əvvəlcə Kiprdə gəmilərə yüklənəcək, oradan yoxlanılması üçün İsrail limanlarının birinə, böyük ehtimalla, Aşdod limanına çatdırılacaq. 
 
Bundan sonra yardım köməkçi gəmilərə yüklənəcək və xüsusi yaradılan körpüyədək çatdırılacaq. Oradan humanitar yardım yük maşınları ilə Qəzza sakinlərinə göndəriləcək.  
 
Tərsanə ABŞ Hərbi-Dəniz Qüvvələri gəmilərinin bazasında inşa edilir, mayın əvvəlində hazır olacağı gözlənilir. Liman ətrafında təhlükəsizlik İsrail Müdafiə Ordusu tərəfindən təmin ediləcək.
Seçilən
121
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16957
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
14685
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10372
Səidə Sultan klipi üçün lüt soyundu
9675
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9344
Faiq Sadıqov
9013
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5973
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5935
Gənc aparıcı vəfat etdi - FOTO
5710
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5447
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5405
10 yaşlı uşağın faciəvi ölümü
5330
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4915
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4672
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4249
Ruslan Müşfiqabadlının anası vəfat edib
3738
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3351
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3215
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3080