AZ

Bakı-Qazax magistralında sement yüklü maşın aşdı - FOTO

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan sement daşıyan "DAF" markalı yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını yolunun kənarına aşıb.

Qəza zamanı xəsarət alan olmasa da, yük maşına ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
89
28
Mənbələr
Şərh ()
Bağla