AZ

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Burkina

Bakı, 28 aprel, AZƏRTAC

Burkina Faso hakimiyyəti beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch”u ölkənin imicini və silahlı qüvvələrinin peşəkarlığını gözdən salmaqda ittiham edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Afrika dövlətinin hökumətinin yaydığı bəyanatda deyilir.

“Burkina Faso hökuməti “Human Rights Watch” qeyri-hökumət təşkilatının beynəlxalq media tərəfindən yayılan yalan hesabatı ilə bağlı xəbərdən təəccüblənib”, - deyə hesabatda bildirilir. Qeyd olunub ki, QHT-nin məlumatında bu il fevralın 24-də Nodine və Soro kəndlərində 50-dən çoxu uşaq olmaqla, 223 mülki vətəndaşın qətlə yetirildiyi vurğulanıb: “Burkina Faso hökuməti bu əsassız ittihamları qəti şəkildə rədd edir və pisləyir... Mediada başlanan kampaniya onun təşkilatçılarının ərazimizin azad edilməsi və əhalini terror hücumlarından qorumaq uğrunda nəcib mübarizə aparan silahlı qüvvələrimizi gözdən salmaq niyyətindən xəbər verir”, - mətndə qeyd edilir.

Burkina Faso prokurorunun martın 1-də verdiyi məlumata görə, hökumət Nodine və Soro kəndlərində baş verən qətllərlə bağlı araşdırma başladıb. Səlahiyyətlilər bildiriblər ki, “Human Rights Watch” məsələ ilə bağlı məlumatlandırılsa da, istintaqda iştirak etmək istəmir.

Seçilən
92
2
Mənbələr
Şərh ()
Bağla