AZ

İrpen meri Azərbaycana təşəkkürünü bildirdi

Ukraynanın İrpen şəhər meri Oleksandr Markuşin göstərdiyi humanitar dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.

Axar.az xəbər verir ki, bu barədə mer əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü günü ilə bağlı İrpen şəhərində keçirilən “Azərbaycan Günü” tədbirində deyib.

“İrpendə “Azərbaycan Günü”nün keçirilməsi təsadüfi deyil. Çünki bu şəhərdə Azərbaycana aid çox izlər var. İrpen azərbaycanlıların doğma şəhərinə çevrilib. Bu əlaqələr getdikcə güclənəcək.

Bu ağır günlərdə göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Azərbaycan bir daha Ukraynanın dostu olduğunu göstərdi”, - deyə mer əlavə edib.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla