AZ

İsrailin qəzaya düşən naziri evə buraxıldı

İki gün öncə qəzaya düşən İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir xəstəxanadan evə buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə nazir özünün X səhifəsində məlumat verib.

“Hadassa” xəstəxanasında keçirdiyim iki günü dayandırıram. Həkimlər məndən dincəlməyi xahiş etdilər, lakin işə qayıdacağam”, - nazir bildirib.

Qeyd edək ki, aprelin 26-da İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin xidməti avtomobili qəzaya düşmüşdü.

Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla