AZ

"Forza Neftçi"nin ayaq səsləri eşidildi - FOTOLAR

Premyer Liqanın 32-ci turunda "Neftçi" öz meydanında "Turan Tovuz"u qəbul edir.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" bu oyunda tribunalardan ehtiyac duyduğu dəstəyi görəcək.

Martın 3-də "Qarabağ"a məğlubiyyətdən sonra boykot qərarını verən "Forza Neftçi" çətin günlərdə komandanın yanında olmağa qərar verib.

"Forzalılar" matçın startından 1 saat əvvəl "Neftçi Arena"ya gələrək tribunada banner açıb, yerlərini bərkidiblər.

Düzdür, hələ ki, sayları çox deyil. Oyunun başlama saatına qədər tribunada qələbəlik müşahidə olunacağı gözlənilir.

"Neftçi" - "Turan Tovuz" görüşü saat 17.45-də başlayacaq.

HƏBİB

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla