AZ

Ronaldo üçün ardıcıl 3-cü uğursuz oyun

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo növbəti dəfə fərqlənə bilməyib.

Offsideplus.az xəbər verir ki, futbolçu Səudiyyə Ərəbistanı Pro Liqasının 29-cu turunun “Əl-Xaleic”lə qarşılaşmasında (1:0) heçnə ilə yadda qalmayıb.

Belə ki, 39 yaşlı forvard ardıcıl üçüncü oyundu qol vura bilməyib.

Qeyd edək ki, Kriştiano Ronaldo bundan əvvəl "Damak" (1:0) və "Əl-Hilal" (1:2) ilə matçlarda meydanı qolsuz tərk edib. Ümumilikdə bu mövsüm Ronaldo 26 çempionat oyununda iştirak edib, 29 qol vurub və 10 məhsuldar ötürmə edib.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla