AZ

4-cü yerin sahibinə Sumqayıtda aydınlıq gələcək

Sabah əvəzedicilər liqasında 32-ci tura start veriləcək.

İlk oyun günündə bir qarşılaşma keçiriləcək. Liderlər sırasına düşməyə çalışan “Sabah” doğma meydanda “Səbail”i sınağa çəkəcək. Növbəti gün isə turun daha üç görüşü keçiriləcək. “Sumqayıt”la “Qarabağ” 4-cü pillə uğrunda savaşacaq. “Kəpəz”i çempionluğa əsas namizədlərdən olan “Qəbələ” ilə çətin səfər oyunu gözləyir. “Neftçi” isə liderliyini möhkəmlətmək üçün autsayder “Turan Tovuz”u məğlub etməyə çalışacaq.
Tura çərşənbə günü keçiriləcək “Zirə” – “Araz-Naxçıvan” matçıyla yekun vurulacaq.

28 aprel
Sabah-2 – Səbail-2
Bakı. “ASK Arena”. Saat 15.00.
29 aprel
Sumqayıt-2 – Qarabağ-2
Sumqayıt. “Kapital Bank Arena”nın ehtiyat meydançası. Saat 14.00.
Qəbələ-2 – Kəpəz-2
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası. Saat 15.00.
Neftçi-2 – Turan Tovuz-2
Bakı. “Neftçi” Futbol Mərkəzinin 4-cü meydançası. 15.00.
Xal durumu: Neftçi-2 – 74, Qəbələ-2 – 72, Sabah-2 – 60, Sumqayıt-2 – 47, Qarabağ-2– 45, Zirə-2 – 42, Kəpəz-2, Səbail-2 – 32, Araz-Naxçıvan-2 – 21, Turan Tovuz-2 – 20.
Bombardir: Ağadadaş Salyanski (“Neftçi-2”) – 28.

KAMAL SƏFƏR

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla