AZ

Bu qidalar bədəni gənc saxlayır

Qidalar bədəni sözün əsl mənasında cavanlaşdıra bilməz, lakin düzgün rasionun köməyi ilə onu yaxşı vəziyyətdə saxlaya və bununla da qocalıq prosesini ləngidə bilər.

Publika.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya diyetoloq və sağlam qidalanma sahəsində ekspert Kristina Voyt məlumat verib.

O, üç ay və daha çox qalan fermentləşdirilmiş pendir yeməyi məsləhət görüb. Dietoloq, həmçinin turşu və fermentasiya məhsullarını gəncliyin açarı adlandırıb.

Onun sözlərinə görə, məsələn, duzlu kələmin tərkibində sirkə və şəkər olmamalıdır. Hər gün taxıl məhsulları, həmçinin brokkoli, Brüssel kələmi, təzə kələm, xiyar, pomidor yeyilməlidir.

"Pəhrizdə təmizlənməmiş bitki yağları və 250-350 qram meyvə (təzə və ya bişmiş) olmalıdır. Əgər susamısınızsa, adi su için. Həmçinin bitki çayları da effektivdir. Məsələn, itburnu gənc görünüşünüzü uzatmaqla yanaşı, həm də immun sisteminə kömək edəcək. Qara və yaşıl çaylar eyni çay kolunun yarpaqlarından alınsa da, yarpaqlar müxtəlif üsullarla emal olunur. Çayı uzun müddət dəmləmək lazım deyil, 15-30 saniyə kifayətdir və bir həftədən sonra şişkinliyin azaldığını görə bilərsiniz. Ən əsası çay içərkən qəlyanaltı etməməlisiniz, onun təbii dadını pozmadan yüksək keyfiyyətli, düzgün dəmlənmiş içkidən həzz almağa çalışın", - Voyt vurğulayıb.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla