AZ

Xocalı RMX-da akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Xocalı Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, tədbirdəə tibb müəssisəsinin Ailə Sağlamlıq Mərkəzin müdiri həkim-pediatr Mütalim Cəfərov bildirib ki, yüksək elmi nailiyyətləri, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, mehriban ana, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva ölkə səhiyyəsinin inkişafı istiqamətində mühüm işlər görün.

 

Baş tibb bacısı Çiçək Quliyeva isə çıxında qeyd edib ki, xeyirxah insan kimi şərəfli bir ömür yaşamış Zərifə xanımın həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir.

 

Diqqətə çatdırılıb ki, Zərifə xanım Əliyeva oftalmologiya elminin korifeyi, ziyalı və işıqlı bir şəxsiyyət olmaqla, görmə problemli insanlara şəfa olan bir insan olub. Görkəmli alim və təbibin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, nailiyyətlər, bunların əsasında yaratdığı əsərlər ölkəmizdə tibb elminin parlaq səhifələridir. Xalqımız Zərifə xanım Əliyevanı, onun işıqlı obrazını özünün yaddaşına həkk etməklə, parlaq xatirəsini həmişə ehtiramla anır.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla