AZ

Samir Abasov Xavi ilə görüşüb

”Sumqayıt”ın baş məşqçisi Samir Abasovun “Barselona”da təcrübə proqramı davam edir.

İdmanxeber.az məlumat verir ki, əsas komandanın məşqini izləyən mütəxəssis Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Hernandezlə görüşüb. Komandanın hazırlıq proqramı ilə maraqlanan Samir Abasov həmkarı ilə müxtəlif mövzularda fikir mübadiləsi aparıb.

Samir Abasovla “Barselona”lı həmkarı Xavi Hernandez arasındakı görüşdə 2009-cu ildə Bakıda baş tutmuş Azərbaycan – İspaniya matçı haqqında da söhbət olub.

Qeyd edək ki, 6 iyun 2009-cu il tarixində keçirilmiş sözügedən oyunda Samir Abasov Azərbaycan milli komandasının heyətində start heyətində meydana çıxmış, Xavi Hernandez isə İspaniya millisinin heyətində ikinci hissədə oyuna daxil olmuşdu.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla