AZ

“Almeriya” İspaniya La Liqasını tərk etdi

İspaniya La Liqasının 33-cü turuna evdə “Xetafe”yə 1:3 hesabı ilə məğlubiyyət “Almeriya” üçün La Liqanı tərk etməsi ilə nəticələnib.

Arena.az məlumat verir ki, bu oyuna qədər La Liqada qalmaq uğrunda mübarizəyə nəzəri imkanları olan bu komanda növbəti məğlubiyyəti ilə statist roluna girib.

Artıq autsayderin La Liqada qalmaq üçün heç bir nəzəri imkanı belə, yoxdur. Son 5 tur Əndəlüs təmsilçisi üçün simasını qorumaq və digər rəqiblərinə badalaq gəlmək baxımından əlamətdar olacaq.

Hazırda “Almeriya” 33 oyundan 14 xalla La Liqanın yarış cədvəlinin sonuncu, 20-ci pilləsində qərarlaşıb. La Liqaya 84 xalla “Real” başçılıq edir.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla