AZ

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Abşeron

Bakı, 28 aprel, AZƏRTAC

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunması istiqamətində polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

DİN mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Vətəndaşa nümunəvi hərəkətinə görə təşəkkür edilib.

Abşeron RPİ əməkdaşları tərəfindən bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.

 

Seçilən
36
7
Mənbələr
Şərh ()
Bağla