AZ

İslam maliyyələşdirməsi ekosistemləri dəstəkləmək üçün böyük potensiala malikdir – Səudiyyə Milli İnkişaf Fondunun direktoru

Ər-Riyad. Trend:

İslam maliyyələşdirməsi ekosistemləri dəstəkləmək üçün böyükpotensiala malikdir.

Trend xəbər verir ki, bu barədə İslam İnkişaf Bankının (İİB)Ər-Riyadda keçirilən illik toplantıları çərçivəsində SəudiyyəƏrəbistanının Milli İnkişaf Fondunun direktoru Stiven Qrof İslamİnkişaf Bankının İslam maliyyələşdirməsi üzrə 18-ci QlobalForumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, İslam maliyyələşdirməsi təkcə risklərinbölüşdürülməsini təşviq etmir, həm də dünyada həm müsəlman, həm dəqeyri-müsəlman icmalarına fayda verən innovativ yanaşmalara imkanyaradır.

"Bu cür maliyyə fəaliyyətləri bir çox ölkələrdə, xüsusən dəböhran dövründə dayanıqlı inkişafa nail olmaq üçün çox vacibdir.Səudiyyə Ərəbistanı kimi ölkələrdə sahibkarlıq təkcə tərəqqininmühərriki kimi deyil, həm də inklüziv və davamlı artıma nail olmaqüçün əsas element kimi görünür. İslam maliyyələşdirməsininçərçivəsi, risklərin bölüşdürülməsinə xüsusi diqqət yetirməklə,inkişafın maliyyələşdirilməsi təşəbbüslərinin asanlaşdırılması üçünçərçivə təklif edir", - deyə o bildirib.

Qrof hesab edir ki, innovasiya və sahibkarlığı təşviq edənmühitin yaradılması çox vacibdir.

"Şəriətə uyğun maliyyələşdirmə variantları sahibkarlarafundamental prinsiplərə riayət etməklə fürsətlərdən istifadə etməyəimkan verir. Texnoloji irəliləyişlər maliyyə xidmətlərini dahaəlçatan və etik edib ki, bu da İslam maliyyələşdirməsinindəyərlərinə uyğundur. Sukuk kimi məhsullar davamlı inkişafauyğundur”, - deyə o bildirib.

Qrof əlavə edib ki, maliyyə tərəqqinin digər mühüm aspektitexnologiyanın maliyyəyə inteqrasiyası və FinTech-in maliyyəməhsulları və xidmətlərinə çıxışın genişləndirilməsində göstərdiyitəsirdir.

“Hamınız bildiyiniz kimi, FinTech hazırda maliyyə sistemlərinininklüzivliyinin təmin edilməsində əsas rol oynayır və İslammaliyyələşdirməsi də istisna deyil. Texnoloji irəliləyişlər təkcəmaliyyə inklüzivliyini artırmayan, həm də xüsusilə yaxşıstrukturlaşdırılmış məhsul və xidmətlərlə birləşdirildikdə etikstandartları dəstəkləyən platformaların yaranmasına səbəbolmuşdur", - deyə o bildirib.

Qrof qeyd edib ki, İslam maliyyələşdirməsi maliyyə əməliyyatlarıçərçivəsində iqtisadi fəaliyyətlərə diqqət yetirməklə sahibkarlığıtəşviq edən ekosistemləri inkişaf etdirmək üçün böyük potensialamalikdir. Bu, öz növbəsində, sahibkarlara uğur qazanmaq üçün lazımolan şəraiti yaradır.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (SəudiyyəƏrəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə ƏrəbistanınınKralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslamİnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyikeçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyərverərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik vətərəqqi”dir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrininiştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsiplanlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcıçoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalqvə regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlərhökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm vəvətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakıilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma vəmaliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyəinstitutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq vəregional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənayepalataları və biznes şuralarının nümayəndələri iştirakedəcəklər.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla