AZ

Bavariyada bir rus iki ukraynalını öldürüb

DW xəbər verir ki, Bavariyanın Qarmiş-Partenkirxen bölgəsindəki Murnau şəhərində iki Ukrayna vətəndaşı ölüb.

 

36 yaşlı kişi aldığı ağır bıçaq xəsarətlərindən hadisə yerində, 23 yaşlı kişi isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb və o da sonradan orada dünyasını dəyişib.


Cinayətkar qaçıb. Tezliklə axtarış zamanı 57 yaşlı şübhəli saxlanılıb. Polisdən verilən məlumata görə, o, Rusiya Federasiyası vətəndaşıdır və cinayət yerinin yaxınlığında yaşayır.

Saxlanılan şəxs ikiqat qətldə şübhəli bilinərək istintaqa cəlb olunub. Prokurorlar onun həbsi üçün order istəyiblər. Həmin şəxs bu gün rayon məhkəməsində müstəntiq hakimi qarşısına çıxmalıdır.

 

Artıq Cinayət Axtarış İdarəsi də faciənin baş vermə şəraitinin aydınlaşdırılması üçün məlumatların verilməsi üçün ictimaiyyətə müraciət edib. Şahidlərdən qətlə səbəb ola biləcək mübahisə və ya digər hadisələr barədə məlumat vermələri xahiş olunur.

 

Nigar

 

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla