AZ

Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı

Xalq artisti Emin Ağalarov “Jara” musiqi festivalına erməniəsilli müğənniləri dəvət etməyindən danışıb.

OLAY yazır ki, sənətçi bu barədə “Persona” verilişində məlumat verib. O, belə bir addım atmağının yaradıcılığına və biznesinə təsir etmədiyini söyləyib.

“Heç cür təsir etmədi. Çünki birincisi, Qarabağda çıxış etmiş müğənnilərin siyahısına gəldikdə, hamısı anlamışdılar ki, onları aldadıblar. Buraya gəlməmişdən əvvəl bir sıra etaplardan keçdilər. Bununla da buraya gəlişləri legitimləşdi. Yəni, bu mənim şəxsi qərarım deyildi. Qərar müxtəlif mərhələlərdə, müxtəlif instansiyalar tərəfindən reallaşdırılmışdı. Üstəlik, o müğənnilərin hamısı Azərbaycanı çox sevirlər. Onlar bu səhnəyə ən xoş arzularla, xoş sözlərlə çıxırdılar. Tamaşaçılar da onları hərarətlə qarşılayırdılar. Ona görə də deyə bilmırəm ki, biz ölkə olaraq və mən şəxsən haradasa nəsə itirdik”.

E. Ağalarov həmçinin, gələcəkdə erməni milliyyətindən olan şəxsləri Azərbaycana dəvət edib-etməyəcəyindən bəhs edib:

“Aydındır ki, həmin mərhələrə məlum münaqişənin formalaşdırdığı neqativ var idi. Lakin mənə elə gəlir ki, ölkə artıq uğurla o səhifəni çevirir. Və biz bunu unuda bilərik. Ümid edirəm ki, həmişəlik. Bilmirəm ölkəmizin mövqeyi necə olacaq. Başa düşdüyüm qədər idmançılar münaqişənin qaynar fazasında da buraya gəlirdilər. İştirak edirdilər. Və belə hal da olmuşdu ki, ölkənin birinci şəxsi (red. – Prezident İlham Əliyev) erməni idmançısının boynuna medal taxmışdı. Çox gözəl addım idi. Hesab edirəm ki, bu çox düzgün və çox maraqlı idi.  Çünki idmanda qalib mənşəyindən, milliyyətindən asılı olmayaraq qalibdir. Fikrimcə, musiqidə də eyni cürdür. Əgər başa düşsəm ki, ölkəmizə istənilən mənşəli müğənnilər gələ bilərlər, mən bu istiqamətdə ölkəmlə sinxron işləyəcəyəm. Ölkəmiz onların gəlişindən imtina etsə, biz də dəvət etməyəcəyik. Şəxsən mən bu barədə düşünməmişəm. Fikrimcə, musiqi sərhədsiz olmalıdır. Lakin bu mənim şəxsi fikrimdir və o dövlətin mövqeyi ilə üst-üstə düşməyə bilər”.

Seçilən
35
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16498
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
13251
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
9965
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
8838
Faiq Sadıqov
8006
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5776
Səidə Sultan klipi üçün lüt soyundu
5474
Gənc aparıcı vəfat etdi - FOTO
5385
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5252
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5087
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5035
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
10 yaşlı uşağın faciəvi ölümü
4696
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4533
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4491
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
3813
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
2980
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
2963
Ruslan Müşfiqabadlının anası vəfat edib
2901
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
2626