AZ

“Elə bil suvaq əvəzi divara vurursan”

Əməkdar artist Abbas Bağırov növbəti paylaşımıyla diqqət çəkib.

OLAY yazır ki, sənətçi səhnədən fotolarını izləyiciləriylə bölüşüb bunları yazıb:

“Musiqi çox gözəldir, amma onu yaxşı dərk edən, zövqu olan, ifa edərək yaşayan üçündür! Səhnədə dayanarkən tək musiqini deyil, sən öz mədəniyyətini təmsil edirsən! Zövqlü dinləyici dinlədiyi mahnıdan zövq almalıdır. Bir günlük yox, həmişəlik xoş xatirə kimi yadda qalmalıdır! Musiqimizdə çox ədəb-ərkan var, əziyət var, zövq var, vəhdət var, bir sözlə musiqi böyük bir mədəniyyətdir! Bu keyfiyyətlər ifa edəndə yoxdursa, elə bil quru torpağı suya qatıb suvaq əvəzi divara vurursan!”

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla