AZ

Salyanda göz müayinəsi aksiyası təşkil olunub

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr edilmiş ixtisaslı "Göz müayinəsi" aksiyasının keçirilməsi məqsədilə Salyan rayon məktəblərində və kənd həkim məntəqələrində icbari tibbi sığorta çərçivəsində kütləvi müayinə aksiyası baş tutub.

 

Salyan RMX-dan Aztibb.az-a verilən xəbərə görə, aksiya çərçivəsində 146 vətəndaş müayinədən keçirilib.

 

Həkim briqadasının tərkibində oftalmoloqla yanaşı, terapevt pediatr, ginekoloq və digər ixtisaslı həkimlər də iştirak edib. Vətəndaşların zəruri müayinələri aparılıb və onlara ətraflı məlumatlar verilib.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla