AZ

Füzuli şəhərinə daha 39 ailə köçürüləcək

Sabah Füzuli şəhərinə köçürüləcək ailələrin sayı açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, növbəti mərhələdə 39 ailə (153 nəfər) öz doğma torpaqlarına geri dönəcək.

–     Bakı şəhərindən – 27 ailə (110 nəfər);

–     Sumqayıt şəhərindən – 5 ailə (14 nəfər);

–     Füzuli rayonundan – 3 ailə (10 nəfər);

–     Şamaxı rayonundan – 2 ailə (8 nəfər).

–     Abşeron rayonundan – 1 ailə (7 nəfər);

–     Yevlax şəhərindən – 1 ailə (4 nəfər).

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 33 ailə (131 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından səhər saat 07:00-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli RİH-nin nümayəndələri tərəfindən yola salınacaq.

Yevlax şəhərində, Füzuli və Şamaxı rayonunlarında məskunlaşmış 6 ailə (22 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

Nəqliyyat vasitələri karvanları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Ümumilikdə, yuxarıdakı rəqəmlər də nəzərə alınmaqla, Füzuli şəhərinə 822 ailə (3132 nəfər) köçürülüb.

Seçilən
27
18
Mənbələr
Şərh ()
Bağla