AZ

Rəqqaslar Şəkidə bir araya gəldi - FOTO

Şəkidə “Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan konsertin proqramına milli rəqslərimizlə yanaşı müxtəlif xalqların, həmçinin ölkəmizdə yaşayan azsaylı xalqların rəqs nümunələri də daxil edilib.

Konsertdə ifa olunan “O olmasın, bu olsun” filmindən “qız toyu” səhnəsi, “Qayınana”, “Əhməd haradadır?” filmlərindən səhnəciklər, eləcə də bölgədə yaşayan azsaylı xaqlardan gürcü, avar, ingiloy, saxur və sair xalqların rəqsləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsertin sonunda iştirakçılara fəxri fərmanlar təqdim olunub.






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla