AZ

Sevdiyi şəxsin ölümünə dözmədi - toy günü öz meyiti tapıldı - FOTOlar

Azərbaycanda yaşanan olay insanları kədərləndirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, gənc qız sevdiyi şəxsin ölümünə dözməyib toy günü vəfat edib.

Oğlan qəzada vəfat etdiyi üçün toy günü canına qıyan 20 yaşlı qızın son məktubu:

"Bu gün ən xoş günümdür, Rəşada qovuşmağa gedirəm. Toyumuza gəlmədi ona görə də mən gedirəm. Bir-birimizə bir ömür boyu birlikdə olacağımıza söz vermişdik. Qıraqdan demək asandır, unudacaqsan, yoluna davam edəcəksən. Onsuz mən qurduğum xəyalları necə yaşayım, burnumdan gələr. Onun görmədiyi gəlinliyimi heç kəs görə bilməz. Nə qədər həsrətini çəkim dözə bilmirəm. Sevdiklərim bir-bir gedir. 20 yaşımda bu yük çoxdur mənə, qaldıra bilmirəm. Bezmişəm, ağlım itib. Bir həftədir sanki arxamca kimsə gəzir. Qaraltıdı nədir, amma hiss edirəm Rəşad məni çağırır. Bu dünyada bir dəfə də olsun üzüm gülmədi ki... Ağlamayın, üzülmıyin, sevinin ki, arzuma çatdım. Mənim ruhum ölmüşdü. Bu gün sadəcə bədənimi arzularımla, xəyallarımla birlikdə asıram, yorulmuşam. O məni özündən qısqanırdı. Necə ona etibarsızlıq edim? Bir ildir ümidlə toy gözlə, bizim bəxtimiz də belə olsun. Allahın qisməti... Gəlinlik əvəzinə ağ kəfən geyinmək də varmış. Min şükür, alnı açıq, başı dik gedirəm. Üzüyümü də verin anama (qayınanasını nəzərdə tutub) Rəşadla məndən yadıgar saxlasın".

Qeyd edək ki, 20 yaşlı Bəhruzə şəhid bacısı olub. Əvvəl anasını, sonra nişanlısını itirib. Atası isə onkoloji xəstədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla