AZ

Portuqaliya keçmiş müstəmləkələrə təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti müstəmləkə dövründə köləliyə görə təzminat ödəmək üçün hər hansı bir prosesə başlamaqdan imtina edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Bəyanata görə, hökumət “münasibətləri dərinləşdirmək və tarixi həqiqətə hörmət etmək” istəyir, lakin təzminat ödəmək üçün “konkret fəaliyyət proqramı” yoxdur.

“Reuters”-in qeyd etdiyi kimi, 15-ci əsrdən 19-cu əsrə qədər 6 milyon afrikalı Portuqaliya gəmiləri tərəfindən Atlantik okeanından (əsasən Braziliyaya)zorla daşınıb.

Qeyd edək ki, aprelin 24-də Portuqaliya prezidenti Marselo Rebelo de Souza keçmiş müstəmləkələrə dəyən ziyana görə kompensasiya tələb olunduğunu bəyan edib. O, ölkə hakimiyyətinin müstəmləkəçilik dövründə törədilmiş cinayətlərə görə məsuliyyət daşıdığını qeyd edib və “xərcləri ödəməyə” çağırıb.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla