AZ

Ötən il Respublika Müharibə Veteranları Xəstəxanasında 3100-dən çox şəxsə stasionar xidmət göstərilib

1972-ci ildən fəaliyyət göstərən Respublika Müharibə Veteranları Xəstəxanası Bakının Xəzər rayonu ərazisində yerləşir.
 
Aztibb.az-ın xəbərinə görə, Respublika Müharibə Veteranları Xəstəxanasında ölkə üzrə bütün əmək və müharibə veteranlarına, şəhid ailələrinə, Çernobıl əlillərinə, Əfqanıstan müharibəsi veteranlarına xidmət göstərilir. Ötən il ərzində 3100 nəfərdən çox şəxsə stasionar xidmət göstərilib.
 
Tibb müəssisəsində vətəndaşlara laborator, funksional diaqnostika, elektrokardioqramma, ultrasəs müayinəsi, fizioterapevtik xidmətlər göstərilir.
 
Müəssisədə poliklinika, kardiologiya, nevrologiya, terapiya, qastroenterologiya, herontologiya, fizioterapiya kabinetləri mövcuddur.
 
Respublika Müharibə Veteranları Xəstəxanası Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi 7 ünvanında yerləşir.
 
Əlaqə nömrələri: (012) 454 27 90; (012) 454 43 11; (012) 454 43 94
Seçilən
59
Mənbələr
Şərh ()
Bağla