AZ

"Qiyamət günü gələndə sızıldayacaqlar"

Линас Линкявичюс

Rusiyanın BMT-dəki daimi sədrinin müavini Dmitri Polyanski Litvanın İsveçdəki səfiri Linas Linkyaviçyusun Krım körpüsü ilə bağlı eyhamlarına cavab verib.

Publika.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

Diplomatın sözlərinə görə, Linkyaviçyus 2022-ci ildə Polşanın xarici işlər naziri Radoslav Sikorskinin paylaşımından ilhamlanıb. Daha sonra polşalı siyasətçi sosial şəbəkələrdə “Şimal axını” qaz kəməri qəzası yerindən “Sağ ol, ABŞ” yazısı olan fotoşəkili yayımlayıb.

"Onlar indi hiddətlə hürürlər, amma sonra qiyamət günü gələndə acınacaqlı şəkildə sızıldayacaqlar və bütün bu səhvlərə görə peşman olacaqlar", - Polyanski deyib.

Qeyd edək ki, bir mddət öncə Linas Linkyaviçyus raketin işə salandığı körpünün fotosu ilə ilə kollaj paylaşıb.

"Əgər kiminsə Krım körpüsündə şəkil çəkdirmək imkanı olmayıbsa, hələ vaxt var", - deyə o bildirmişdi.

Seçilən
27
3
Mənbələr
Şərh ()
Bağla