AZ

Spilberq Baydenin prezidentlik kampaniyası üçün strategiyanın hazırlanmasında iştirak edir

Görkəmli rejissor, prodüser və ssenarist Stiven Spilberq Demokratlar Partiyasının milli qurultayı üçün strategiya hazırlamaq üçün Cozef Baydenin komandası ilə əməkdaşlıq edir.

“Report” xəbər verir ki, bu barədə “NBC” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Spilberq bu ilin avqustunda baş tutacaq tədbirə hazırlıq üçün konqres təşkilatçıları ilə görüşlərə cəlb olunub.

2008-ci ildə Spilberq Barak Obamanın seçki kampaniyası üçün film hazırlayıb, lakin indi Bayden üçün oxşar film çəkmək fikrində deyil.

Stiven Spilberq “Şindlerin siyahısı” və “Sıravi Rayanı xilas etmək” filmlərinə görə üç Oskar mükafatı, iki “Qızıl Qlobus” alıb. Həmçinin səkkiz “Emmi” mükafatı və altı “Saturn” mükafatı qazanıb.

Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla