AZ

Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri olub

Elə ölkələr var ki, onlar arasında münasibətlər yaxın   tarixdə formala-şıb.Azərbaycan və Qırğızıstan arasında münasibətləri yaxınlaşdıran çox saylı amillər sadalamaq mümkün-dür.Azərbaycanla Qırğızıstan arasında hazırda yüksək dinamikaya malik əlaqələrdən söhbət açarkən ilk növbədə tarixi bağlılığı qeyd edə bilərik. Xalqlarımız bir əzəmətli ağa-cın eyni kökdən gələn budaqlarıdır.Azərbaycan və qırğız xalqları eyni dinin daşıyıcıları-dırlar, oxşar dilə, mədəniyyətə və ənənələrə malikdirlər.Azərbaycan və Qırğızıstanın bu gün çox sürətlə yaxınlaşmaları məhz heç vaxt mahiyyətini dəyişməyəcək və əhəmiyyəti-ni itirməyəcək tarixi səbəblərlə bağlıdır.

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində tarixi proseslərin məntiqi nəticəsi olaraq keç-miş İttifaqın süqut etməsi ilə Azərbaycan və Qırğızıstan dövlət müstəqilliyi qazanma-ğa nail oldular. İki ölkə arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub.      

İkitərəfli münasibətlərin genişlənməsində isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin ikitərəfli görüşü keçirilib. Görüş zamanı iki ölkə arasında münasibətləri möhkəmlətmək üçün ənənələrin, mədəniyyətin, dinin ümumiliyi, dil yaxınlığı kimi möhkəm bünövrənin olduğu vurğulanıb.Sonrakı illərdə ulu öndər Heydər Əliyevlə Qırğızıstanın yüksək səviyyəli rəsmiləri arasında daha bir neçə görüş baş tutub. Beləliklə də, ikitərəfli əlaqələrdə intensivlik artıb.Sevindirici haldır ki, hazırda Azərbaycanda və Qırğızıstanda yaxınlaşmağa, əlaqələrin daha yüksək səviyyəyə qalxmasına cəmiyyətlər səviyyəsində böyük istək var, eyni zamanda, dövlətlər, liderlər-Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov səviyyəsində də buna güclü siyasi iradə ortaya qoyulur.Hər iki ölkə arasında bütün səviyyələrdə daimi və davamlı fəal siyasi dialoq mövcuddur. Bu baxımdan əminliklə demək olar ki, prezidentlər İlham Əliyev ilə Sadır Japarov arasında mütəmadi görüşlər, şəxsi təmaslar və etimada əsaslanan münasibətlər hərtərəfli əməkdaşlıq üçün möhkəm, əlverişli zəmin yaradır, münasibətlərimizin hər tərəfli xarakterini müəyyənləşdirir, iqtisadi əlaqələri gücləndirir və demək olar bütün sahələrdə əməkdaşlığın inkişafına təkan verir.Artıq Azərbaycanla Qırğızıstan arasındakı münasibətlərdə yeni bir səhifənin açıldığını söyləmək mümkündür. “Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb”. Bu fikirləri Prezident İlham Əliyev cari il aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri çərçivəsində keçirilən geniş tərkibdə görüşdə ifadə edib.Həmin görüşdə Qırğızıstanın dövlət başçısı ikitərəfli münasibətlərin qurulmasında Ulu Öndərin rolunu yüksək dəyərləndirərək varisliyi qoruyub saxladığına və daha da inkişaf etdirdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Qeyd 

Qeyd edək ki,   Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qar-daşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibət-ləri yüksələn xətlə inkişaf edir. Qırğızıstan  Prezidentinin təşəbbüsü ilə Qırğızıstan döv-ləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq  münasibətlərinin göstəricisidir.
Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə  fəal töhfə verir.

Şəhla Hüseynova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2”  ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla