AZ

Renat Dadaşov Super Liqada 5-ci qolunu vurdu - Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 34-cü turu çərçivəsində “Başakşəhər”lə qarşılaşıb.

“Hatayspor” bu rəqiblə ev oyunundan məğlubiyyətlə ayrılıb – 1:2. Hataylıların gücü yalnız təsəlli qoluna çatıb.

Dadaşov bu oyunun 64-ci dəqiqəsində, hesab 0:1 olarkən meydana buraxılıb. Komandasının təsəlli qolunu da azərbaycanlı hücumçu vurub. O, 73-cü dəqiqədə hesab arasındakı fərqi azaldıb. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.

Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 34 turdan sonra 33 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb. Ardıcıl 4 oyundur 3 xala həsrət qalan bu komanda bütövlükdə keçirdiyi 34 oyunda 7 qələbə qazanıb, 12 heç-heçə edib, 15 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 29 oyun keçirib və 5 qol vurub.

Seçilən
133
Mənbələr
Şərh ()
Bağla