AZ

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanan eyniadlı tamaşa növbəti dəfə nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, nəfis tərtibatda hazırlanan səhnə əsərində rolları Xalq artisti Nübar Novruzova, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Rəşad Səfərov, Manaf Dadaşov, Elşən Şıxəliyev ifa edib.

Tamaşanın əsas qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub.

Yeganə oğlunun nişanlısına göz dikmiş varlı ailənin yetirməsi Orxanın qurduğu tələ həm özünün, həm də Ananın yeganə övladı mərd, igid Qanpoladın məhvinə səbəb olur. Bundan xəbərsiz olan Ana qatili öz evində gizlədir. Azərbaycan qadınının mərhəmət simvolu kimi təqdim olunan Ana namərd Muradı bağışlayır və onu öldürməsinlər deyə, gizlicə aradan çıxarır.

Seçilən
118
1
Mənbələr
Şərh ()
Bağla