AZ

Ukraynada səfərbərliklə bağlı problemlər Kiyev üçün siyasi təhlükə yaradır...

...Vaşinqtonun təsdiq edilmiş hərbi yardımına baxmayaraq, Kiyev ordusu şəxsi heyətin artırılmasında ciddi çətinliklərlə üzləşməkdə davam edir.

Doğrudur, yerli hakimiyyətlər bu problemi həll etməyə çalışırlar, lakin onların qeyri-populyar təklifləri Ukrayna cəmiyyətinin “heyrətamiz birliyini” parçalamaqla hədələyir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu artıq“The Washington Times” yazır.

Bəli, reallıq budur ki, Zelenski hökuməti ordunu doldurmaqda ciddi çətinliklər yaşayır.

Etiraf edilməlidir ki, daha böyük və daha yaxşı silahlanmış rus qoşunları hücumlarını davam etdirərkən, Ukraynada kadr çatışmazlığı artımaqdadır.

...O vaxt Ukraynada müşahidə edilən vətənpərvərlik və münaqişənin ilk günlərindən könüllülərin çoxluğu...artıqkeçmişdə qalıb.

Bu gün yorğun ukraynalı döyüşçülərin istirahətə ehtiyacı var, lakin hərbi xidmətə çağırış məsələsi Ukrayna hakimiyyəti üçün siyasi təhlükə yaradır.

Bunu da “The Washington Times” yazır.

Qeyd edək ki, münaqişə başlayandan bəri hərbi yaşda olan 860 minə yaxın ukraynalı Qərb ölkələrinə gediblər.

Əslində onlar gedməyiblər, sadəcə olaraq müharibəyə getməmək üçün ölkədən qaçıblar.

Doğrudur, Kiyev bu gün onları hərbi xidmətə cəlb etmək istəyir, baxmayaraq ki, soydaşlarını necə geri qaytarmaq məsələsi açıq qalır.

Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, səfirliklər xaricdə yaşayan və vətənlərinə qayıtmaq istəməyən hərbi xidmətə məhkum olan həmvətənlərinə xidmət göstərməkdən imtina edəcəklər.

Bu təşəbbüs müxalifətin və hüquq müdafiəçilərinin qəzəbinə səbəb olub və onlar bunu “uyğunsuz” elan ediblər. Bundan əlavə, bu,Ukrayna cəmiyyətinin heyrətamiz birliyini və qətiyyətinitəhlükə altına qoymaqdadır.

Təbii ki, bunu da “The Washington Times” yazır.

Ağasəf Babayev

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla