AZ

Dağıstanda məktəbli qız yük qatarının altına düşüb...

...Dağıstanda yeniyetmə qız faciəvi şəkildə ölüb. Belə ki, azyaşlını yük qatarı vurub. Faktla bağlı cinayət işi başlanıb. SİA xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatına görə, hadisə ötən cümə günü, aprelin 26-da günorta saatlarında Şimalın Mamed-Kala dəmir yolu stansiyasının 2394-cü km-də qeydə alınıb.

...Müəyyən edilib ki, Mahaçqaladan Dərbənd istiqamətində hərəkət edən yük qatarı dəmir yolu relsləri ilə qulaqcıqla gedən qıza xəsarət yetirib. Zərərçəkmiş aldığı xəsarətlərdən yerindəcə keçinib.

Artıq müstəntiqlər hadisə yerinə baxış keçirib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanıb.

Nazlı

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla