AZ

Həkim rusları bu iki məhsuldan imtina etməyə çağırıb

...Teleaparıcı və həkim Aleksandr Myasnikov ruslara iki məşhur məhsulu qida rasionundan çıxarmağı məsləhət görüb. SİA-nın əldə etdiyi məlumata görə, “Rossiya 1” kanalında yayımlanan “Ən mühüm şey haqqında” verilişinin efirində həkim çörək və mayonez istehlakını dayandırmağa çağırıb və onların zərərlərindən danışıb.

...Özünə qulluq etmək istəyən insanlar, başa düşsünlər ki, bugünkü çörək kalori, nişasta və duzdur.

Qeyd edək ki, Myasnikov tam taxıl çörəyinin istehlakına icazə versə də, amma indi belə bir məhsulu tapmağın elə də asan olmadığını da etiraf edib.

Mayonezdən danışan mütəxəssis ruslara xəbərdarlıq edib ki, mağazalarda satılan məhsulda çoxlu kalori və əlavələr var. Bu baxımdan teleaparıcı evdə mayonez hazırlamağı tövsiyə edir. Yeri gəlmişkən, bundan əvvəl doktor Myasnikov zənginlərin təhlükəli xəstəliklərinin adını çəkmişdi.

Nazlı

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla