Bakıda təlim-məşq toplanışında olacaq 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-18) heyətində dəyişikliklər edilib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Sumqayıt”ın futbolçusu Elnur Cabbarlı zədələndiyi üçün onun yerinə “Araz Naxçıvan” komandasından Adıgözəl Əkbərov milliyə dəvət olunub.
“Sabah” klubundan isə Ramin Əvəzov və Emin Feyzullayev zədə, Əmir Əliyev oyunların sıxlığı səbəbindən toplanışda iştirak etməyəcəklər.
Qeyd edək ki, U-18 yığmamız aprelin 28-dən mayın 3-nə qədər “Dalğa” Təlim-Məşq Mərkəzində seleksiya xarakterli təlim-məşq toplanışı keçəcək.
Hazırlıq prosesində bu futbolçular iştirak edəcəklər: