AZ

Boks üzrə Avropa Çempionatında Rusiya himni söndürülüb

Oxu24.com  xəbər verir ki, boks üzrə Avropa çempionatında Yuliya Çumqalakovanın mükafatlandırılması mərasimi zamanı təşkilatçılar təsadüfən Rusiya himnini söndürüblər.

Final görüşündə Rusiya təmsilçisi serbiyalı Kristina Varqaya qalib gəlib.

Yarış təşkilatçıları himnin texniki səhvə görə söndürülməsi ilə izah ediblər. İdmançılar və azarkeşlər himni musiqisiz oxuyub.

Belqradda keçirilən boks üzrə Avropa çempionatında ruslar dövlət bayrağı altında yarışır və onların şərəfinə himn səsləndirilir.

2022-ci ilin yazında bir çox beynəlxalq idman təşkilatları rusiyalıları turnirlərdən uzaqlaşdırdı.

Oyunlarda iştirak etmək üçün Rusiya idmançılarından “Olimpiya hərəkatının dinc missiyası” da daxil olmaqla, Olimpiya Xartiyasına hörmət öhdəliyini özündə əks etdirən yenilənmiş iştirak şərtlərini imzalamaları tələb olunacaq. Medal hesabında Rusiya və Belarus idmançıları mübarizə aparmayacaq. Onlar həmçinin 2024-cü il Olimpiadasında iştirak etmək hüququ qazanmalıdırlar.

Olimpiya Oyunları 2024-cü il iyulun sonunda başlayacaq.

Daha əvvəl məlum olub ki, rusiyalı idmançılar niyə Olimpiya oyunlarından kənarlaşdırıla bilər.

Nigar

 

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla