AZ

Azərbaycan Premyer Liqasında XXXII tura start verilib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tur start götürüb.

Turnir cədvəlində qonşu olan komandalar - \"Sabah\" və \"Səbail\" kollektivlərinin duelində birincilər qələbə qazanıb - 2:0.

\"Bank Respublika Arena\"da keçirilən matçda hesabı 22-ci dəqiqədə Con İrasabal açıb. 39-cu dəqiqədə Cesse Sekidika fərqi iki topa çatdırmaqla yekun hesabı müəyyənləşdirib.

Bu nəticənin ardından Krunoslav Renduliçin komandası xal ehtiyatını 49-a çatdırıb. \"Dənizçilər\" isə 42 xalda qalıb.

Qeyd edək ki, turun digər görüşləri aprelin 28-i və 29-da baş tutacaq.

Seçilən
52
4
Mənbələr
Şərh ()
Bağla