AZ

Referenduma gedilir: Qanunvericilikdən bu bəndlər çıxarılır... - Son seçim

Azərbaycanla Ermənistan arasında sülh müstəvisində müsbət irəliləyişlər var. İki ölkənin sərhədində sərhəd dirəklərinin basdırılması, delimitasiyanın başlaması bunun əlamətidir. Çünki delimitasiyanın başlaması sülh prosesinin bir hisəsisidir. Qonşu ölkələr arasında konkret sərhəddin olması vacibdir.

Bunu Teleqraf.com-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O qeyd edib ki, delimitasiya heç də asan proses deyil:

“Yollar, sərhəd, gömrük və s amillər var. İlkin olaraq Almatı razılaşması əsasında proses başlayıb. 1991-cü il dekbarın 21-də imzalanmış Almatı razılaşması ölkələr arasındakı administrativ sərhədlərin müəyyənləşməsini şərtləndirir”.

Sabiq nazir hesab edir ki, hazırda sülh mətni üzərində intensiv iş gedir:

“Hər iki tərəfdən olan komissiya bu müstəvidə əməkdaşlıq edir. Əslində qısa zamanda sülhün əldə olunması Ermənistan üçün daha sərfəli seçimdir. Qarşı tərəf bunu başa düşməlidir. Eyni zamanda Ermənistan qanunvericiliyi, konstitusiya aktında olan bəzi müddəalara düzəlişlər edilməlidir. Azərbaycana qarşı ərazi iddiaları Ermənistan qanunvericiliyindən çıxarılmalıdır”.

Elmar Məmmədyarova görə, bu qanunlarda olan iddialar sülh sazişinin prinsiplərinə uyğun gəlmir:

“Avropa İttifaqında qəbul edilmiş bəzi qanunların milli qanunlardan üstün olduğu deyilir. Bu elə də ciddi arqument deyil. Ona görə də, Ermənistan referendum yolu ilə qanunvericiliyində Azərbaycana qarşı olan iddiaları ləğv etməldiir. Erməni xalqı buna dəstək vermiş olsa, bu Nikol Paşinyana sülh sazişi imzalamaqla bağlı verilmiş imtiyaz hesab olunacaq”.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla