AZ

Füzulidən qalxan təyyarə: Hərbi, siyasi və iqtisadi zəfərin təntənəsi!

Məlum olduğu kimi, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib. Prezidentin təyyarəsi Almaniya səfəri üçün Bakıdan deyil, məhz Füzuli Hava Limanından havaya qalxıb.

 

Berlinə - “Avropanın ürəyinə” edilən səfərin başqa bir məkandan deyil, Füzuli Hava Limanından gerçəkləşməsi Azərbaycan xalqı və dövlətinin tarixi uğuru, tarixi nailiyyətidir. Vaxtiylə erməni işğalı altında olan Füzulidə cəmi 2-3 il sonra beynəlxalq səviyyəli hava limanının inşa edilməsi, bu limandan dünyanın dörd bir yanına uçuşların təmin edilməsi Azərbaycanın Vətən müharibəsində əldə etdiyi hərbi-siyasi zəfərin iqtisadi müstəvidə davamıdır.

 

25 aprel tarixli bu uçuş bir daha sübut etdi ki, Azərbaycan dövləti, onun Müzəffər Ali Baş Komandanı hərbi-diplomatik müstəvidə olduğu kimi, iqtisadi müstəvidə də şəriksiz liderdir. Bu uçuş bir daha isbatladı ki, Azərbaycan hərbi platformada olduğu kimi iqtisadi platformada da möcüzə yaratmağa, dünyanı heyrətləndirməyə qadirdir.

 

Xatırladaq ki, vaxtiylə Füzuli Hava Limanı inşa edilən zaman bəzi şəxslər bu hava limanının iqtisadi baxımdan səmərəli olmadığı, limanın inşasının formal xarakter daşıdığı ilə bağlı fikirlər səsləndirir, beynəlxalq əhəmiyyətli bu layihəni gözdən salmağa çalışırdı. Ancaq İlham Əliyev bu dəfə də onları yanıltdı. Bu tənqidlərin qərəzdən başqa bir şey olmadığını sübut etdi.

 

Artıq hər kəs əmindir ki, yaxın gələcəkdə Füzuli Hava Limanından yalnız Almaniyaya deyil, Avropanın, Amerikanın, Uzaq Şərqin müxtəlif şəhərlərinə uçuşlar gerçəkləşəcək, Füzuli qısa zamanda bütün regionun ən böyük iqtisadi güc mərkəzlərindən birinə çevriləcək. Və bu iqtisdi yüksəlişin də liderləri yeni eyni olacaq: Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Prezidenti!

 

Seymur ƏLİYEV

 

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla