AZ

İİB Tacikistan və Türkiyə üçün yeni layihələri təsdiqləyib

Ər-Riyad. Trend:

İslam İnkişaf Bankı (İİB) üzv ölkələrdə yeni inkişaflayihələrinin maliyyələşdirilməsi üçün təqribən 418 milyon dollarıtəsdiqləyib.

Trend xəbər verirki, İİB prezidenti Məhəmməd Əl-Casserin sədrlik etdiyi şurasosial-iqtisadi inkişaf və davamlılıq üzrə 355-ci iclasında dördlayihəni təsdiqləyib.

Görüş Ər-Riyadda İİB qrupunun illik toplantılarının ilk günündəbaş tutub.

Tacikistan Roqun Su Elektrik Stansiyasının tikintisi üçün, yənilayihənin dördüncü lotu - sol sahil strukturları üçün 150 milyondollar alıb. Layihənin məqsədi ölkənin artan daxili tələbatınıödəmək, enerji təhlükəsizliyini yaxşılaşdırmaq və regional enerjibazarı vasitəsilə kommersiyalaşdırmaq üçün təmiz, sərfəli vəetibarlı bərpa olunan elektrik enerjisi ilə təmin etməkdir.

Şura Türkiyədə Nakkas-Başakşehir avtomobil yolunun tikintisiüçün 120 milyon avro ayrılmasını da təsdiqləyib.

Layihə hökumətin Şimali Mərmərə şossesi təşəbbüsünün birhissəsidir. Əsas layihə nəqliyyat sıxlığını, səyahət vaxtını vəistixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq, Bosforboğazının alternativ keçidini yaratmaq məqsədi daşıyır.

Bundan əlavə, Benin və Kot-d'İvuar da İİB-in bumaliyyələşdirməsini alanlar sırasındadır.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (SəudiyyəƏrəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə ƏrəbistanınınKralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslamİnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyikeçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyərverərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik vətərəqqi”dir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrininiştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsiplanlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcıçoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalqvə regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlərhökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm vəvətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakıilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma vəmaliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyəinstitutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq vəregional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənayepalataları və biznes şuralarının nümayəndələri iştirakedəcəklər.

Seçilən
22
1
Mənbələr
Şərh ()
Bağla