AZ

Rusiyada 10 min km uzunluğunda  pullu yollar tikiləcək

“Avtodor” dövlət şirkəti 2036-cı ilə qədər Rusiyada 10 min km pullu yolların tikintisi proqramı hazırlayır.

 

Oxu24.com  əbər  verir  ki, bu barədə   Rusiya baş nazirinin müavini Marat Xusnullin məlumat verib.

 

“Biz potensial olaraq neçə belə pullu yolun ola biləcəyini hesabladıq və 2036-cı ilə qədər  təxminən 10 min km məsafəni hzır edə bilərik. Biz indi hər bir yolu təhlil edirik - bunun nə qədər başa gəldiyini, nə qədər büdcədənkənar mənbələri cəlb edə biləcəyimizi, nə qədər büdcə vəsaitinə ehtiyac olduğunu hesablayırıq”, -   deyə   Xusnullin  bildirib.

 

Baş nazirin müavini bildirib ki, “Avtodor” Şirkətlər Qrupu proqramı hazırlayır və onun ilkin tərtibatı bir il çəkəcək.

 

Hesablamaların nəticələri Rusiya hökumətinə təqdim olunacaq.

 

Onun sözlərinə görə, pullu yollar hazırda böyük şəhərlərə giriş-çıxış yolu kimi tələb olunur və ya şəhərlərin ətrafından keçməlidir.

 

Nigar

 

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla