AZ

Muslera yığmanı tərk etdi

Fernando Muslera beynəlxalq karyerası ilə bağlı qərar verib.

“Qalatasaray”ın qapıçısı Uruqvay yığmasındakı çıxışını başa vurub.
Bu məlumatı Uruqvay Futbol Federasiyasının mətbuat xidməti yayıb. 37 yaşlı futbolçu milli komandada 2009-cu ildən çıxış edirdi. O, yığmada 133 oyun keçirib. Qeyd edək ki, əlcək sahibi ölkəsinin əsas komandasında sonuncu oyunu 2022-ci ildə keçirmişdi.

Fernando bundan sonra yalnız 2011-ci ildən formasını daşıdığı “Qalatasaray”dakı çıxışı haqda düşünməyi lazım bilib. Yeri gəlmişkən, o, peşəkar karyerası ərzində yetirməsi olduğu “Montevideo Uonderers”, “Nasyonal” və “Latsio”nun da qapısını qoruyub.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla