AZ

Ukrayna ilə müharibədə iştirak edənlərin məzarlarını zədələyənlər...

...Kemerovo vilayətində Promışlennaya kəndində Ukraynaya qarşı müharibə iştirakçılarının məzarlarına ziyan vurmaqda şübhəli bilinən üç azyaşlıya qarşı cinayət işi açılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Kemerovo vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

Müstəntiqlər hadisə ilə bağlı məlumatı mediadan və sosial şəbəkələrdən öyrəniblər.

Və hadisədə iştirak edən bütün yeniyetmələrin şəxsiyyəti müəyyən edilib.

Hərbi qəbirlərin dağıdılması və ya zədələnməsi maddəsi ilə cinayət işi başlanıb. Hazırda hadisənin bütün şəraiti aydınlaşdırılır.

Şübhəliləri 5 ilə qədər həbs gözləyir.

Nazlı

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla