AZ

Makron Almaniyaya iki dəfə səfər edəcək

Fransa prezidenti Emmanuel Makron may və güman ki, iyun ayın da Almaniyaya səfər etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən yazır.

“Fransa prezidenti Emmanuel Makron may ayında Almaniyada bir neçə gün qalmaq və bəlkə də iyunda yenidən gəlmək istəyir”.

Mənbələr Fransa prezidentinin mayın 26-dan 28-dək Almaniyada olacağını bildiriblər. Onu Federal Prezident Frank-Valter Ştaynmayer qəbul edəcək. Makron Drezdendə Avropa haqqında da çıxış edəcək.

Nəşr qeyd edir ki, prezidentin iyunda Almaniyaya səfəri ilə bağlı qərar hələ verilməyib.


Müəllif: Pərvin Cəfərova
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla