AZ

Moskvada 16 yaşlı “Ukrayna agenti” tutulub...

Moskvada İstintaq Komitəsi terrorizmin təbliğinə çağırışlarda şübhəli bilinən 16 yaşlı yeniyetməyə qarşı cinayət işi açıb.

Müstəntiqlərin məlumatına görə, martın 17-də şübhəli şəxs Telegram kanalında Rusiyada terrorizmin təbliğinə çağırışlarla bağlı şərhlər dərc edib. Yeniyetmənin yaşadığı mənzilə baxış zamanı texniki vasitələr və “cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb edən digər əşyalar” götürülüb.

Yaxın vaxtlarda saxlanılan şəxs barəsində cinayət işi açılacaq və barəsində həbs-qətimkan tədbiri seçiləcək.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti dövlət agentliyinin mənbəsi iddia edir ki, yeniyetmə Ukrayna tərəfində döyüşən Rusiya Könüllülər Korpusununfəaliyyətinə dəstək verib.

Nazlı

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla