Rusiya prezidenti Vladimir Putin müğənni Stas Mixaylovu “Mədəniyyət və incəsənətdə xidmətlərinə görə” ordeni ilə təltif edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət başçısının sərəncamı dərc olunub.
“Milli mədəniyyətin və incəsənətin inkişafındakı böyük xidmətlərinə, çoxillik yaradıcılıq fəaliyyətinə görə artist-vokalçı, Beynəlxalq Estrada Artistləri İttifaqının üzvü Stanislav Vladimiroviç Mixaylov “Mədəniyyət və incəsənətdə xidmətlərinə görə” ordeni ilə təltif edilsin”
Sənəddə belə deyir.
Qeyd edək ki, aprelin 27-də sənətçinin 55 yaşı tamam olub.
Nazlı