AZ

Səudiyyə İnkişaf Fondu Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıq edir - icraçı direktor

Ər-Riyad. Trend:

Səudiyyə İnkişaf Fondu Azərbaycanla nəqliyyat sahəsindəəməkdaşlığa yönəlib.

Bu barədə Trend-ə Fondun Strategiya sektorunun icraçı direktoruAbdullah Əl-Sakran İslam İnkişaf Bankının Ər-Riyadda keçirilənillik toplantıları çərçivəsində deyib.

"Hazırda Azərbaycanla qarşılıqlı əlaqə Asiya ilə Avropanınbirləşdirilməsi təşəbbüsü çərçivəsində həyata keçirilir. AzərbaycanAsiya ilə Avropa arasında əlaqəni təmin edir, ona görə də bizhazırda diqqəti nəqliyyat sektoruna yönəldirik", - deyə obildirib.

Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığa gəlincə, o bildirib ki,bu, ölkənin ehtiyaclarından asılıdır:

"Azərbaycan hökuməti ilə əvvəlki müzakirələrimizə görə, bizyolların inkişafına diqqət yetirmişik. Bizim prioritetimiz ərzaqtəhlükəsizliyi, iqlim dəyişikliyi, suyun idarə edilməsi vərəqəmsallaşma ilə bağlı hökumətlərlə qarşılıqlı fəaliyyətgöstərməkdir. Biz bu sektorlar üzrə Azərbaycan hökumətindənistənilən müraciəti alqışlayırıq. Azərbaycan hökuməti özprioritetlərini sadalasa, biz müzakirəyə hazırıq".

Abdullah Əl-Sakran qeyd edib ki, Fond inkişaf sahəsindəəməkdaşlıq vasitəsilə ölkələrə kreditlər verir:

"Yollar ərzaq təhlükəsizliyinin elementlərindən biridir. Genişmənada nəqliyyat sahəsində əməkdaşlıq həm də ərzaq təhlükəsizliyi,kənd təsərrüfatı, daşıma vaxtının azaldılmasını əhatə edir".

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (SəudiyyəƏrəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə ƏrəbistanınınKralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslamİnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyikeçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyərverərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik vətərəqqi”dir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrininiştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsiplanlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcıçoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalqvə regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlərhökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm vəvətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakıilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma vəmaliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyəinstitutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq vəregional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənayepalataları və biznes şuralarının nümayəndələri iştirakedəcəklər.

Seçilən
31
3
Mənbələr
Şərh ()
Bağla