AZ

"Barselona"dan ayrılmır - "Mançester Siti"nin istədiyi gənc müdafiəçi

"Barselona" Pau Kabarsini komandada saxlayacaq.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi yanvar ayında 18 yaşı tamam olacaq müdafiəçi ilə uzunmüddətli müqavilə imzalayacaq.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Gənc oyunçu ilə "Mançester Siti" də maraqlanır. Lakin futbolçu klubunu tərk etməyəcək.

Pau Kabarsi "Barselona"nın yetirməsidir. İspan müdafiəçi bu mövsüm əsas komandanın heyətində meydana çıxdığı 29 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla