AZ

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə \"EFES - 2024” çoxmillətli təlim keçirilir.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələdən ibarət olan təlimə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu cəlb olunub.

\"EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.
Seçilən
7
30
Mənbələr
Şərh ()
Bağla