"Həkimlərimizi tanıyaq!" rubrikamızın qonağı bu dəfə endokrinoloq Sevinc Əlövsət qızı Qarayevadır.
O, 1972-ci ildə Yevlax rayonunda anadan olub. 1996-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasını bitirib.
Sevinc Qarayeva 2010-cu ildən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında həkim-endokrinoloq vəzifəsində çalışır.
Bir çox beynəlxalq və ölkə daxili konfransların iştirakçısı olub.