AZ

Respublika Klinik Xəstəxanasının Patoloji hamiləlik şöbəsində ekstragenital xəstəlikləri olan pasiyentlərə də xidmət göstərilir

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Patoloji hamiləlik şöbəsində 25 həkim mama-ginekoloq, 14 həkim-neonatoloq, 25 mama, 20 yenidoğulmuşların tibb bacısı, 27 kiçik tibb personalı fəaliyyət göstərir.
 
Aztibb.az-ın xəbərinə görə, şöbə 80 çarpayıdan ibarətdir.
 
Patoloji hamiləlik şöbəsinə respublikanın bütün regionlarından yüksək riskli və ekstragenital xəstəlikləri olan hamilələr müayinə və müalicəyə göndərilir. Eyni zamanda, uşaqlıqda təkrar yararsız çapıq olan hamilələrdə qeysəriyyə kəsiyi əməliyyatı icra olunur. Ekstragenital xəstəlikləri: talassemiya, anemiya, şəkərli diabet, qan-damar xəstəlikləri, qaraciyər, böyrək mənşəli xəstəliklər, sinir sistemi xəstəlikləri aiddir.
 
Qeyd edək ki, şöbədə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün xidmətlərdən pasiyentlər tam ödənişsiz yararlana bilərlər.
Seçilən
55
Mənbələr
Şərh ()
Bağla