AZ

Premyer Liqa klubu “Sumqayıt”ın qazonundan istifadə edir

“Səbail” “Sabah”la oyunun hazırlıqlarını davam etdirir.

Lakin Bayılda yox, Sumqayıtda. Bu da səbəbsiz deyil.

“Dənizçilər” Premyer Liqanın 32-ci turunda səfərdə “tələbələr”in qonağı olacaq. “Bank Respublika Arena”nın qazonu təbii örtüklü olduğundan, “Səbail” otda hazırlıq keçməyi məqsədəuyğun bilib.

Bunun üçünsə “Kapital Bank Arena” seçilib. “Sumqayıt” rəhbərliyinə müraciət edən “Səbail” qarşı tərəfdən razılıq alandan sonra həftəiçi hazırlıqlarını burada keçib.

Aprelin 27-də baş tutacaq “Sabah” – “Səbail” qarşılaşması saat 17:45-də başlayacaq.

HƏBİB

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla