AZ

Naci Görürdən şok xəbərdarlıq: Hər şey bitəcək, bu tarixdə İstanbulda dəhşətli...

İstanbulda dağıdıcı zəlzələlərin yüksək ehtimalı ilə bağlı hakimiyyət orqanlarını dəfələrlə xəbərdar edən Türkiyənin aparıcı seysmoloqu Naci Görür metropolda 7,6 bal gücündə təkanların olacağını proqnozlaşdırıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"İstanbulda 7,2, maksimum 7,6 bal gücündə zəlzələ gözləyirik. Bu zəlzələlərdən birini Adalar qırağında, digərini isə bu Adalar qırağına birləşdirən Kumburqaz qırağında gözləyirik. Əgər bu qırılmaların hər ikisi birlikdə olarsa, zəlzələnin gücü 7,5 bal gücünə çata bilər, amma Kumburqaz qırılması 7,2 bal gücündə zəlzələlərə səbəb ola bilər", - o, bildirib.

Seysmoloq ölkənin cənub-şərqində Kahramanmaraşda dağıdıcı zəlzələlər ola biləcəyi barədə xəbərdarlıq edərkən reaksiya verilməməsindən şikayətlənib:

"Kahramanmaraş zəlzələsi ilə bağlı qışqırdıq, qışqırdıq, amma heç kim qulaq asmadı. İndi qorxuruq ki, tarix təkrarlanacaq, yenə eyni şeyi deyirik: bir gün hər şey bitəcək".

Türkiyənin indiki şəhərsalma naziri Murat Kurum mart ayında bildirib ki, Türkiyə hakimiyyəti İstanbulda seysmik olmayan binalarda təxminən 1,5 milyon mənzilin sakinlərini köçürməyi planlaşdırır. Müxalifətdən olan İstanbul meri Əkrəm İmamoğlu şəhərdə sıxlıq problemini əsas gətirərək planları tənqid edib. İmamoğlu daha əvvəl meriyanın zəlzələyə hazırlıq planlarını təqdim edib və bildirib ki, bu qaçılmazdır, lakin təbii fəlakətin nə vaxt baş verəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Şəhər meriyasının hesablamalarına görə, 7,5 bal gücündə zəlzələ zamanı ən azı 90 min bina dağılacaq və təxminən 4,5 milyon vətəndaşın müvəqqəti mənzilə ehtiyacı ola bilər.

Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər doqquz saat fərqlə baş verib. Yeraltı təkanlar Suriya da daxil olmaqla ölkənin 11 vilayətində və qonşu ölkələrdə hiss olunub. Son məlumatlara görə, Türkiyədə 50 mindən çox insan həyatını itirib.

 

Seçilən
29
1
Mənbələr
Şərh ()
Bağla